DİN: Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb Doğru Xəbərlər

01.01.2025

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 31-də ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью