DİN də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib

02.06.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmasların praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

DİN-in fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью