DİN dən Azərbaycanda öldürüldüyü deyilən avtoritetlə bağlı açıqlama KONKRET

15.09.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə ictimaiyyəti arasında “Boyun” qrupu kimi tanınan cinayətkar qruplaşmanın yüksək səviyyəli rəhbərlərindən biri Recep Demir Azərbaycanda təşkil olunan silahlı hücum nəticəsində həyatını itirib.

KONKRET.az gununsesi.info-ya istinadən bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumatda deyilir ki, xaricdə qaçaq vəziyyətdə olan və barəsində axtarış qərarı verilən Demir silahlı pusquya məruz qalaraq ağır yaralanıb:

Məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə mətbuatı üçün açıqlama yayıb:

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Recep Demir adlı şəxsin Azərbaycan Respublikası ərazisində öldürülməsi ilə bağlı iddiaya dair zəruri araşdırma və tədqiqat aparılmışdır. Aparılan araşdırma və tədqiqat nəticəsində Recep Demir adlı şəxsin Azərbaycan Respublikası ərazisində öldürülməsinə dair hər hansı məlumat, qeyd və ya sənədə rast gəlinməmiş, sözügedən hadisənin Azərbaycan Respublikası ərazisində baş verdiyini təsdiqləyən hər hansı məlumat və ya qeydin olmadığı müəyyən edilmişdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью