Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Bakıda svetoforların işində nasazlıqla qarşılaşan vətəndaşlar bu barədə aidiyyəti quruma məlumat verə bilərlər.
“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bununla bağlı vətəndaşlara müraciət edib.
Bildirilib ki, Bakı şəhərində yerləşən svetoforlar Mərkəz tərəfindən idarə olunur. Paytaxt üzrə yol hərəkətinin vəziyyəti müşahidə kameraları vasitəsilə daim nəzarətdə saxlanılır. Svetoforların iş rejimində problem yarandıqda bu hallar qeydə alınır, yol polisinə məlumat verilir və nasazlığın aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə yönləndirilir. pizza sifarişi
Lakin kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən svetoforlarda yaranan nasazlıqları dərhal aşkar etmək mümkün olmur.
Bu səbəbdən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi və problemlərin operativ aradan qaldırılması məqsədilə vətəndaşlardan belə hallarla qarşılaşdıqda məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, svetoforlardakı nasazlıqlarla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat fəaliyyət göstərən +994 (012) 590 86 02 nömrəsinə zəng etmək mümkündür.