DİN dən liseydəki insidentlə bağlı açıqlama

06.02.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daxili İşlər Nazirliyi “İdrak” liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью