DİN dən rayonlarda postlar qurulacaq xəbərinə REAKSİYA

03.02.2025

Shownews portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonların ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.

"Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır", - məlumatda deyilir.

Qeyd edək ki, internet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью