DİN dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı XƏBƏRDARLIQ

27.08.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.

Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.

Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью