DİN dən TƏCİLİ XƏBƏRDARLIQ: Bu tələyə DÜŞMƏYİN!

27.08.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. pizza sifarişi

Qeyd olunub ki, ödəniş alındıqdan sonra vəd edilən xidmət göstərilmir və ya şəxsi, eləcə də bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir.

DİN vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamağı, tanımadıqları şəxslərə ödəniş etməməyi və şəxsi məlumatlarını paylaşmamağı tövsiyə edib.

Şübhəli hallarla qarşılaşan şəxslər DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью