DİN dən xəbərdarlıq: Dələduzlar oxşar dizaynla tələ saytları yaradırlar

06.04.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Dələduzlar oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar.

"Ölkə.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın”, - E.Hacıyev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью