DİN dən Yasamalda uşaq oğurluğu ilə bağlı iddialara CAVAB

02.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Baku TV-yə verilən məlumatda bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Sosial şəbəkədə Yasamal rayonu ərazisində yerləşən uşaq meydançalarının birindən uşaq oğurlanması ilə bağlı yayılan iddia əsassızdır. Polis əməkdaşları tərəfindən iddialar araşdırılıb, qeyd olunan ünvan üzrə bu halın baş verməsi təsdiqini tapmayıb", ‒ məlumatda qeyd edilib.

Ətraflı videomaterialda:

DİN-dən Yasamalda uşaq oğurluğu ilə bağlı iddialara CAVAB

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью