DİN: “Futbolçular saxlanılmayıb” Yenilənib

27.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


“Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb”.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.
Klubdan bildirilib ki, araşdırmalar davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən saytının sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.
DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.
***17:06
Birinci Liqada çıxış edən “Mingəçevir” klubunun 7 futbolçusu saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Sportinfo.az məlumat yayıb.
Bildirilib ki, qapıçı Mövlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyev oyun alqı-satqısında ittiham olunurlar.
AFFA-dan məsələ ilə bağlı verilən açıqlamada bildirilir ki, qurum bu məsələlərdə daim sərt mövqe tutub və bundan sonra da oyunların manipulyasiya edilməsinə qarşı ciddi mübarizə aparacaq:
“Bəli, dediyiniz məsələdən xəbərdarıq. Sadəcə hazırda araşdırma getdiyindən məsələ ilə bağlı geniş açıqlama verə bilməyəcəyik. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью