DİN həmin görüntülərə münasibət bildirdi

26.05.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə şəhid plakatına hörmətsizlik etdiyi deyilən şəxsin şəhid anası tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır.

“Sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıyıq. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir”, - deyə DİN-dən bildirilib.

​​​​​​"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью