Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Daxili İşlər Nazirliyinin (DİN) Maddi-Texniki Təminat Baş İdarəsi İdman Cəmiyyətinin və Hospitalın təmiri, həmçinin mebel və avadanlıqlarla təchizatı üçün tender elan edib.
BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 3 milyon 576 min 155,25 manat təşkil edir.
Layihə çərçivəsində DİN-in İdman Cəmiyyətində genişmiqyaslı fasad və pəncərə işləri həyata keçiriləcək.
Tenderin icrası nəticəsində İdman Cəmiyyəti və Hospitalın fasadları yenilənəcək, müasir tələblərə uyğun şüşə və alüminium konstruksiyalarla təchiz olunacaq.