DİN işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb AZƏRTAC Video A…
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbərin mətni Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, nazirliyin müraciətində deyilir: “Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramlarını doğma diyarlarımızda - Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir müraciətimiz.
Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları! Bayramınızın şən əhval-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkda
Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız.
Bilməlisiniz ki, icazəniz varsa sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq.
Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobiliylə səfər edirsinizsə, ilk növbədə, əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz.
Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir.
Tam oxu
Xəbəri oxu