DİN: İyulun 15 də ölkə üzrə 46 cinayətin açılması təmin olunub

16.07.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, iyulun 15-də respublika ərazisində qeydə alınan 46 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakıvaxtı.az bu barədə nazirlikdən məlumat əldə edib.

Bildirilib ki, həmin gün ərzində axtarışda olan ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью