DİN: İyunun 5 də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstü açılıb

06.06.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Eyni zamanda, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 5-də ümumi çəkisi 14,6 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 3,5 ton çəkidə 32 MİN 320 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью