DİN: Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz

24.06.2025

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"İyunun 23-də vətəndaşların bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiber üsulla oğurlanıb":
Reyting.az
 xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir: "Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью