Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlıya şiddət göstərməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Axşam.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, hadisə baş verən özəl uşaq bağçasının Nizami rayonu ərazisində yerləşdiyi bildirilir.