DİN məlumat yaydı: 3 avtomat, 15 tüfəng...

31.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-dən Globalinfo.az-a verilən xəbərə görə, dekabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 1 qumbara, 15 tüfəng, 2 patron darağı və 494 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью