DİN “Mingəçevir” klubunun futbolçuları ilə bağlı araşdırmalara başlayıb

27.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.

Apasport.az saytının məlumatına görə, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.

Klubdan bildirilib ki, araşdırmalar davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən apasport.az saytının sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.

DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью