DİN: Naməlum nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olun

02.06.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Daxili İşlər Nazirliyi vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır.
Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, mayın 31-də və iyunun 1-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.
Bildirilib ki, zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью