DİN o iddianı təkzib etdi

10.11.2024

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraqda fəaliyyət göstərən “Rudaw” telekanalı Azərbaycana qarşı dezinformasiya yayıb.

Gununsesi.info xəbər verir ki, telekanalın “X” hesabında Bakıda guya partlayıcı qurğu aşkarlandığı qeyd olunub.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq əcnəbi telekanalın iddiası təkzib edilib. DİN-dən bildirilib ki, yolun kənarında aşkarlanan bağlama qida təchizatı ilə məşğul olan şirkətlərdən birinə aiddir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью