DİN: Ölkə ərazisində 3 avtomat, 1 qumbara, 2 tüfəng aşkarlanıb AZƏRTAC

25.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat, 1 qumbara, 2 tüfəng, 6 patron darağı və 570 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью