DİN: Ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub

14.10.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Oktyabrın 13-də ölkə ərazisində ümumilikdə 29 cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 66 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 6 fakt müəyyən edilib.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 33 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью