DİN: Ötən gün 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb AZƏRTAC

16.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 yanvar, AZƏRTAC

Ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə, həmçinin 31 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью