DİN: Ötən gün 20 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb AZƏRTAC

09.01.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 yanvar, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 8-də ümumi çəkisi 20,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 112 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

“Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью