Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.