DİN: Ötən gün ayrıayrı rayonlarda avtomat, tapança, qumbara, tüfəng və patronlar aşkarlanıb AZƏRTAC

28.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 27-də polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 4 tüfəng, 3 patron darağı və 300 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью