DİN: Pirşağı sakini həyətində tapılan silah sursatı təhvil verib

14.02.2025

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu rayonu ərazisində keçirilən növbəti profilaktik tədbirlər nəticəsində Pirşağı qəsəbə sakini yaşadığı evin həyətində tapdığı 9 ədəd yararsız mərmini, 2 ədəd siqnal minasını, 1 ədəd rabitə qurğusunu, 7 ədəd patron darağını və 907 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.

“Bu sahədədə tədbirlər davam etdirilir”,- deyə məlumatda bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью