Adelet.az saytına istinadən Icma.az xəbər verir. “Bütün hallarda vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır.
Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün lisenziyası, təhsili varmı kimi suallara vətəndaş cavab tapmal
Qənirə Ataşovanın paylaşımından sonra ona xeyli sayda təzyiq və təhdidlər oldu.
Təzyilərin araşdırılması DİN-in aidiyyəti baş idarəsində aparıldı. Həmin şəxsləri bir-bir dəvət etdik.
Onlar bu paylaşımların dayandırılması üçün Qənirə xanıma müxtəlif formalarda mesajlar yazıb.Bunun araşdırılması davam edir.Qənaətə gəldik ki, həmin şəxslər bu iddialara cavab vermək əvəzinə, bu iddianı yayan şəxsə qarşı təzyiq etməyi üstün tutublar.
Yayılan məlumatın dezinformasiya olmasını sübuta yetirən bircə fakt yoxdur.
O həkimlərin biri çıxıb sosial şəbəkədə bu məsələlərə cavab vermədi.
Diplomun, sertifikatın yoxdur deyirsə, sertifikat, diplom təqdim et.DİN-ə daxil olan müraciətləri nəzərdən keçirəndə aydın olur ki, zərərçəkmişlərin çoxunun sonradan susdurulması prosesi var.