DİN rəhbərliyi İmişlidəki dəhşətli qəzada zərərçəkənlərlə görüşdü

22.01.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib.

Yanvarın 18-də İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilib. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, qəbulda ailə üzvlərinə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib. 

Vurğulanıb ki, DİN tərəfindən  hadisə üzrə istintaqın obyektiv aparılması, zərərçəkənlərin hüquqlarının təmin olunması üçün bütün zəruri tədbirlər diqqət mərkəzində saxlanılır.

Görüşdə zərərçəkənləri maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью