DİN saxta mesajlara görə vətəndaşlara müraciət edib

22.01.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Daxili İşlər Nazirliyi çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara görə əhaliyə müraciət edib.

Bu barədə DİN-in müraciətində deyilir:

“Çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olun! İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin.
Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью