DİN səfərə çıxanlara müraciət etdi | Icma.az
Icma.az, Milli.az saytına istinadən bildirir. Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində şəhər və rayonlara səfər edən bütün hərəkət işt
DİN-dən Milli.Az-a verilən məlumata görə, müraciətdə deyilir: "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramları günlər
Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaltmaq üçün, gəlin, bu günlərdə daha diqqətli olaq, hamılıqla qaydalara riayət edək.
İlk növbədə, müəyyən edilmiş sürət həddini aşmayaq, eləcə də sürət həddini yol və hava şəraitinə görə seçək, ötmə qaydalarına uyğun davranaq, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyək və mümkünsə, günün erkən saatlarında hərəkətə üstünlük verək.
Səyahətlər zamanı avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq.
Sizi sevənlərə, evdə yolunuzu gözləyənlərə sağlam şəkildə qovuşmaq üçün mütləq yol hərəkəti qaydalarına riayət edin.
Bayramınız təhlükəsiz olsun!". Milli.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu