DİN: Sərhədyanı rayonlarda blok post quraşdırılmayıb

03.02.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 fevral, AZƏRTAC

İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.

Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью