DİN: Son iki gündə 4 avtomat və 11 tüfəng təhvil götürülüb Doğru Xəbərlər

09.12.2024

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, dekabrın 7-də və 8-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 1 qumbaraatan, 11 tüfəng, 14 patron darağı və 1151 müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью