DİN: Son iki gündə 73 cinayət faktı qeydə alınıb, 58 nəfər saxlanılıb | Icma.az
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İyulun 19-u və 20-də ölkə ərazisində ümumilikdə 73 cinayət hadisəsi qeydə alınıb.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin də açılması təmin olunub.Həmin müddət ərzində axtarışda olan ümumilikdə 44 nəfər saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.
Onlardan 20-si borclu şəxs qismində axtarışda olanlardır.Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə isə 5 fakt müəyyən olunub.Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılaraq istintaqa cəlb olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu