DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

27.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk edən və itkin düşmüş kimi axtarışda olan 11 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya bildirilib ki, həmçinin fırıldaqçılığa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təqdim olunub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 34,2 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb.
Digər bir uğurlu əməliyyat zamanı isə yabanı halda bitmiş, ümumi çəkisi 12,1 ton olan 41 622 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bundan başqa, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında aparılan reydlər zamanı qanunsuz saxlanılan 2 avtomat, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyi bu istiqamətdə qətiyyətli əməliyyat və profilaktik tədbirləri davam etdirir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью