DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı

03.12.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Sumqayıt şəhərində yaşayış binasında partlayışın olduğu ərazi mühafizəyə götürülüb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib”, – məlumatda qeyd olunub.

Vurğulanıb ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdilir.

Xatırladaq ki, Sumqayıtın 13-cü mikrorayonunda partlayış nəticəsində bir neçə nəfərin yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью