DİN Sumqayıtdakı partlayışla bağlı məlumat yaydı

03.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində yaşayış binasında partlayışın olduğu ərazi mühafizəyə götürülüb.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib”, – məlumatda qeyd olunub.

Vurğulanıb ki, ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью