DİN vətəndaşlara müraciət etdi KONKRET

09.03.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

KONKRET.az xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, – DİN-in müraciətində qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью