DİN vətəndaşlara xəbərdarlıq etdi: “...bu, cinayət tələsidir!”

08.05.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Heç bir halda bankınız sizin məxfi məlumatlarınızı e-poçt, telefon, SMS vasitəsilə tələb etmir, “kartınıza müdaxilə var” demir, soruşmur, soğru aparmır”.
Ölkə.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Rlşad Hacıyev vətəndaşlara müraciətində qeyd edib.
“Kartın nömrəsi, istifadə müddəti və CVV, təhlükəsizlik kodları və ya PIN-lər, OTP (birdəfəlik parol) soruşulursa, cinayət tələsidir. Heç bir kart sahibi hər hansı məlumatı verməməlidir!”, - E.Hacıyev vurğulayıb.
O bildirib ki, mayın 7-də 22 fakt - kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub. Bütün zənglər xaricdən olub, oğurluqlar əsasən “karta müdaxilə” adı ilə törədilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью