Din xadimləri Azərbaycana gələcək

01.05.2026

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin gücləndirilməsi, ortaq dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, maarifləndirmə fəaliyyətinin sistemli şəkildə genişləndirilməsi məqsədilə təşkil ediləcək səfər çərçivəsində “Zəngəzur yolu – tarixin izi ilə” mövzusunda konfrans keçiriləcək. Konfransda ortaq milli-mənəvi dəyərlərin qorunması və təbliğinin əhəmiyyəti, dini həmrəyliyin möhkəmləndirilməsi, bu sahədə qarşıda duran vəzifələr və prioritet istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılacaqdır.
Səfər proqramına, həmçinin Naxçıvanda yerləşən tarixi-dini abidələrin ziyarəti daxildir.
40-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər mayın 6-dək davam edəcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью