DİN xəbərdarlıq etdi: Bu ərazilərə daxil olmayın!

09.03.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə vətəndaşlara maksimum ehtiyatlı davranmaq, mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmamaq tövsiyə edilir.

“Təhlükəli sahələrə daxil olmayın, atılıb qalmış sursatlara toxunmayın, həyatınızı minaya qurban verməyin.

Heç vaxt mina, partlamamış hərbi sursat və ya naməlum əşyalara toxunmayın, əlinizə götürməyin. Onlara müdaxilə etməyə çalışmayın”, - DİN-in müraciətində qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью