DİN xəbərdarlıq etdi: Saxta ödənişlər...

27.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə saxta elan və səhifələr vasitəsilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi halları müşahidə olunur:

"Saxta səhifələrdə müxtəlif məsələlərin həlli, hesabların izlənilməsi və ya ələ keçirilməsi, silinmiş yazışmaların bərpası, “xaker” və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş alındıqdan sonra isə xidmət göstərilmir və ya şəxsi və bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Vətəndaşlara belə xidmət təkliflərinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur".

"Şübhəli hallarla qarşılaşdıqda DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin",- məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью