Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.
"Ölkə.az" xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Araşdırmalar davam etdirilir.