“Dinamo” Azərbaycan klublarına qarşı STATİSTİKA

06.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Qarabağ” bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”sunun qonağı olacaq. Polşada keçiriləcək matça saat 21:00-da start veriləcək.

Futbolpress.az-ın məlumatına görə, “atlılar” avrokuboklarda üçüncü dəfə Ukrayna təmsilçisi ilə üz-üzə gələcək.

“Qarabağ” daha əvvəl “Vorskla” ilə qarşılaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2018-ci ildə Avropa Liqasında qrup mərhələsində bu komanda ilə iki oyu keçirib. Bakıda 0:1 hesabıyla uduzan “Qarabağ” səfərdə eynihesabla qalib gəlib.

Ümumiyyətlə, Kiyev “Dinamo”su ilk dəfə rəsmi matçda Azərbaycan klubu ilə qarşılaşacaq. Ukraynanın köklü klublarından sayılan “ağ-göylər” daha əvvəl “Bakı”, “Neftçi”, “Qəbələ” və “Qarabağ”la yoldaşlıq görüşlərində üz-üzə gəlib. Bu matçlarda “Dinamo”ya qarşı qələbəmiz yoxdur.

“Qarabağ” kiyevlilərlə 2018-ci ildə yay toplanışında qarşılaşıb və 0:1 hesabıyla uduzub.

2014 Dinamo Kiyev – Neftçi 2:2
2014 Dinamo Kiyev – Bakı 1:1
2014 Dinamo Kiyev – Neftçi 2:2
2017 Dinamo Kiyev – Qəbələ 2:1
2018 Qarabağ – Dinamo Kiyev 0:1
2020 Neftçi – Dinamo Kiyev 1:2.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью