Dinamo Azərbaycan klubu ilə qarşılaşacaq

21.12.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mahaçqala "Dinamo"sunun baş direktoru Şamil Qazizov bildirib ki, komanda qış toplanışında 9 yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Sport24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bütün rəqiblərinin müəyyənləşdiyini söyləyib:

"Təlim-məşq toplanışında doqquz oyun keçirəcəyik. Rəqiblərimiz Rusiya, Qazaxıstan, Azərbaycandan olacaq. Səhv etmirəmsə, Serbiyadan bir komanda ilə də bir oyununuz keçiriləcək".

Klub rəsmisi rəqiblərinin adını açıqlamayıb. "Dinamo" yanvarda qış hazırlığına başlayacaq. Komanda yanvarın 13-dək Antalyada hazırlıq prosesi təşkil edəcək.

Qeyd edək ki, "Dinamo" hazırda 18 turdan 17 xalla Rusiya Premyer Liqasında 11-ci yeri tutur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью