Dinamo Bakıya ciddi itkilərlə gəlir

11.08.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dinamo" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Kiyeev təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

Əsas qapıçı Ruslan Neşeret ilk matçda olduğu kimi yenə komandaya kömək edə bilməyəcək. Onun əvəzinə qapıda Vyaçeslav Surkisin olacağı gözlənilir.

Sol cinah müdafiəçisi Kostyantin Vivçarenko da Bakıda oynamayacaq. 24 yaşlı futbolçu əməliyyatdan sonra bərpa prosesi keçir.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keeçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında baş tutan ilk matç Ukrayna klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью