Dinamo böyük problemlə üzləşib klubun biznesmenə 100 milyon dollardan çox borcu var

21.05.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Kiyev «Dinamo»su 2024/25-ci illər Ukrayna Premyer Liqasının qalibi olub.

İdman.biz xəbər verir ki, ukraynalı jurnalist İqor Burbasın məlumatına görə, Ukrayna klubu rəhbərliyinin çox da sevinməyə səbəbi yoxdur.

"Dinamo"nun böyük borcu var. Tammiqyaslı müharibə başlamazdan əvvəl klub ukraynalı iş adamı Dmitri Firtaşdan 120 milyon dollar məbləğində kredit götürüb. "Dinamo" hələ də maliyyə öhdəliklərini yerinə yetirə bilməyib və bu da komandanın fəaliyyətinə təsir göstərə bilər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью