Dinamo Kiyev Bakıya nə vaxt gəlir?

10.08.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Dinamo Kiyev"in Bakıya səfər proqramı müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ukrayna təmsilçisi cavab görüşü üçün Bakıya oyundan iki gün əvvəl - 11 avqustda gələcək.

Qonaq komanda paytaxtda "Hilton" hotelində məskunlaşacaq.

Qeyd edək ki, "köhlən atlar" Polşada reallaşan ilk qarşılaşmada 0:1 hesabı ilə uduzublar. "Qarabağ" - "Dinamo Kiyev" dueli avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. Bu cütün güclüsünün pley-offdakı rəqibi "Tvente" (Niderland) – "Dunayska Streda" (Slovakiya) cütünün qalibi olacaq.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью